İnstaqramda bunu da edə biləcəksiniz 

22:57 07.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnstaqram platforması “Reels” videolarına tərəfdaş (affiliate) linklərinin əlavə edilməsi funksiyasını təqdim etdiyini açıqlayıb.

Hafta.az xəbər verir ki, bu haqda platformanın “Creators” rəsmi hesabında qeyd edilib.

Bildirilib ki, yeniliyin yaxın bir neçə həftə ərzində istifadəçilərə təqdim olunacağı bildirilir. Yeni funksiya sayəsində kontent yaradıcısı videolarda məhsulları işarələyərək onlara keçid (link) əlavə edə biləcək. İzləyicilər həmin linklər vasitəsilə alış etdikdə, müəlliflər satışdan komissiya qazanacaqlar.